ABŞ-də mətbəx mebeli ilə əlaqəli təhlükəli xəstəlik aşkar edilib

14-12-2025, 11:24           
ABŞ-də mətbəx mebeli ilə əlaqəli təhlükəli xəstəlik aşkar edilib
ABŞ-də müəyyən növ daşlardan hazırlanmış mətbəx mebeli istehsalı ilə əlaqəli təhlükəli ağciyər xəstəliyi aşkar edilib.

Bu barədə "Fox News" məlumat yayıb.

Bildirilir ki, xəstəlik mətbəx mebeli üçün iş masası istehsalında getdikcə daha çox populyarlaşan material - kvars daşı ilə bağlıdır.

Belə ki, Massaçusetsdə 14 il iş masası üzlüyü istehsalı müəssisəsində çalışan 40 yaşlı kişiyə silikoz diaqnozu qoyulub. Bu xəstəliyin simptomlarına öskürək, sinə ağrısı, nəfəs darlığı və yorğunluq daxildir.

Xəstəlik daş tozu ilə nəfəs alma nəticəsində yaranıb. Həkimlər xəstəliyin ağciyər xərçəngi və vərəm də daxil olmaqla ciddi fəsadlara səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru