Uşaqların "ChatGPT"dən istifadə etməsinin hansı təhlükələri var? VİDEO

15-12-2025, 16:38           
Uşaqların "ChatGPT"dən istifadə etməsinin hansı təhlükələri var? VİDEO
Bir sual verirsən, dərhal ətraflı izah edir və uzun bir cavab verir... Nə əlavə araşdırmağa ehtiyac qalır, nə də əlavə vaxt gedir.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət hər sahəyə sirayət edən süni intellektdən - daha dəqiq desək, "ChatGPT"dən gedir.

İşimizi asanlaşdırdığı doğrudur, amma uşaqların süni intellektdən istifadəsi düzgündürmü? Hazırda məktəbli uşaqların çoxu araşdırmaq, oxumaq, fikirləşmək istəmirlər. Çünki bütün bunları "ChatGPT" edir.

Məktəblilərin etdiyi etiraflar onu göstərir ki, uşaqların evdə süni intellektdən istifadəsi nəzarətsiz qalır.

Təhsil ekspertləri deyirlər ki, süni intellekt tədris prosesinə köməkçi vasitə kimi inteqrasiya olunmalıdır, tam əvəzləyici kimi yox.

Bir sözlə, əgər valideynlər uşaqların süni intellektdən istifadəsinə nəzarət etməsələr, yeni nəsil analitik düşünmək, yaradıcı yazmaq və problemi həll etmək qabiliyyətini itirə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru