İkinci Dünya müharibəsində 27 gəmi batırmış sualtı qayığın komandiri, Gədəbəyli alman: Viktor Ern

3-01-2026, 10:54           
İkinci Dünya müharibəsində 27 gəmi batırmış  sualtı qayığın komandiri, Gədəbəyli alman:  Viktor Ern
29 oktyabr 1907-ci ildə Gədəbəydə, alman kolonist ailəsində anadan olub.
Atası Gədəbəydə fəaliyyət göstərən "Siemens qardaşları" şirkətinin direktoru vəzifəsində çalışıb.
1921-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra, ailəsi ölüm təhdidləri səbəbindən Almaniyaya qaçmağa məcbur olub.
1927-ci ildə Almaniya Hərbi Dəniz Donanmasına (Reyxsmarine) daxil olub.
1935-ci ildə Almaniyanın yenidən qurulan sualtı qüvvələrinə qoşulan ilk zabitlərdən biri olub.
1936-cı ildə U-14 sualtı qayığının komandiri kimi İspaniya sularında hərbi tapşırıqlar yerinə yetirib.
1940-cı ildə U-37 qayığının komandiri olarkən cəmi 24 gəmi batırıb.
Göstərdiyi hərbi nailiyyətlərə görə 1940-cı ilin oktyabrında Cəngavər Xaçı (Ritterkreuz) ordeni ilə təltif edilib.
1941-ci ilin noyabrında Aralıq dənizindəki sualtı qayıqların komandanı, 1942-ci ildən isə həmin bölgənin qərargah zabiti olub.
1942-ci ilin iyulunda Şimali Afrikada ağır yaralanaraq ingilislərə əsir düşüb; 1943-cü ildə əsir mübadiləsi ilə azad edilib.
Müharibədən sonrakı dövrdə Almaniyanın Bonn şəhərində "Siemens" şirkətində rəhbər vəzifələrdə çalışıb.
Uşaqlıq illəri haqqında bunları deyib: "Bizim aşpaz və xidmətçilərimiz ermənilər, sürücü və ev işlərinə kömək edənlər ruslar, bağbanlar və gözətçilərimiz isə tatarlar (azərbaycanlılar) idi."
26 dekabr 1997-ci ildə, 90 yaşında vəfat edib.
"Azərbaycan Tarixi"ndən
Həqiqət İbrahimova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru