Məşq nəticələrini yaxşılaşdıran gözlənilməz vasitə tapıldı

22-12-2025, 17:44           
Məşq nəticələrini yaxşılaşdıran gözlənilməz vasitə tapıldı
Britaniyalı alimlər məşq zamanı söyüş söyməyin nəticəni yaxşılaşdıra biləcəyini aşkar ediblər. Onlar söyüşün psixoloji təsirlərini araşdırıblar.

Araşdırmanın yekunları "American Psychologist" jurnalında dərc edilib.

Təcrübədə 192 nəfər iştirak edib. Məşq zamanı söyüş sözlərindən istifadə edənlər tapşırıqları daha uzun müddət yerinə yetirə biliblər.

Alimlər hesab edirlər ki, sosial cəhətdən qadağan olunan sözlərdən istifadə özünəinam hissini artırır və diqqəti daha da cəmləşdirməyə kömək edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru