"Nəzarətsiz yollar sürücüləri qayda pozmağa təşviq edir"

24-12-2025, 12:44           
"Nəzarətsiz yollar sürücüləri qayda pozmağa təşviq edir"
Yol hərəkəti təhlükəsizliyi və qaydaların qorunması hər bir ölkədə həm vətəndaşların, həm də dövlətin məsuliyyətidir. Kameraların olmadığı yerlərdə sürücülərin qaydaları pozması, yol təhlükəsizliyini risk altına qoyur, qəzaların və xəsarətlərin artmasına səbəb ola bilər. Belə hallar həm sürücülərin özlərinə, həm də digər yol istifadəçilərinə ciddi ziyan verə bilər.

Kameraların olmadığı yerlərdə sürücülər qaydaları pozursa, bu hansı nəticələrə səbəb ola bilər?

Bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov Patrul.az-a açıqlamasında bildirib ki, qəzaların əsas səbəbi sürücülərin bilərəkdən yol hərəkəti qaydalarını pozmasıdır:

“Biz qəzaların səbəblərini araşdıranda məlum olur ki, əsas səbəb sürücülərin bilərəkdən yol hərəkəti qaydalarını pozmasıdır. Buna sürət həddinin aşılması, manevr qaydalarının pozulması, dönmə əməliyyatlarının düzgün edilməməsi, işıq cihazlarından istifadə olunmaması və ara məsafəsinin saxlanılmaması daxildir. Bütün bunlar sürücülər tərəfindən bilərəkdən edilən qayda pozuntularıdır və onların nəticələri hamıya məlumdur; nəticədə bu pozuntular anlıq faciələrə səbəb olur”.

Ekspertin fikrincə, bəzi yerlərdə kameraların olmaması sürücüləri qaydaları pozaraq daha rahat hərəkət etməyə imkan verir:

“Bütün yollarda kameraların quraşdırılması vacib bir tələb deyil. Sürücülər bunu bilirlər və çox təəssüf ki, bəzi hallarda bu vəziyyətdən sui-istifadə edirlər; hansı yolda kamera yoxdursa, ora dairə pozmaq olar və ya yolda nəzarət yoxdursa, qayda pozmaq olar deyə düşünürlər. Ola bilər ki, dövlət yol polisi və ya yol patrul xidmətinin əməkdaşları bu qayda pozuntusundan xəbərdar olmasın. Amma həmin sürücü bu qaydanı pozmaqla ağır faciələrə səbəb ola bilər və olur; bunun şahidi də olmuşuq – bir dəfə, iki dəfə, üç dəfə belə hallar yol-nəqliyyat hadisəsinə səbəb olur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru