Pirotexniki vasitələr bu cür istifadə edilməməlidir: Əks halda... — AÇIQLAMA

24-12-2025, 16:14           
Pirotexniki vasitələr bu cür istifadə edilməməlidir: Əks halda... — AÇIQLAMA
"Ümumiyyətlə, pirotexniki vasitələrin və partlayıcı maddələrin mülki dövriyyədə istifadəsi qanunla qadağandır.Bu cür vasitələrdən istifadə, xüsusilə azyaşlılar üçün, eləcə də insanların çox cəmləşdiyi və qapalı məkanlarda son dərəcə təhlükəlidir. Belə hallar yanğın riskini artırır və ağır nəticələrə səbəb ola bilər. İstifadə edən şəxs həm özünü təhlükəyə atır, müxtəlif xəsarətlər ala bilər, həm də ətrafdakılar üçün ciddi risk yaradır".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Elmar Nurəliyev deyib.

O bildirib ki, qapalı və izdihamlı məkanlarda bu təhlükə daha da böyüyür:

"Yüksək səs yayıcı xüsusiyyətə malik vasitələrin, pirotexniki məmulatların və tez alışan maddələrin insanların çox olduğu yerlərdə istifadəsi qətiyyən yolverilməzdir. Bu hallar cəmiyyətdə haqlı narahatlıq yaradır, xüsusilə yaşlılar və azyaşlılar üçün əlavə təhlükə mənbəyinə çevrilir".

Ekspert deyib ki, bu səbəbdən valideynlər diqqətli olmalı, azyaşlıları bu cür vasitələrdən uzaq tutmalıdırlar:

"Pirotexniki məmulatların evdə və digər qapalı məkanlarda saxlanılması, eləcə də insanların sıx olduğu yerlərdə istifadəsi həm şəxsi təhlükəsizlik, həm də başqalarının həyatı baxımından ciddi risk daşıyır və yolverilməzdir".

Qeyd edək ki, Sumqayıtda vətəndaş partlayıcı maddələr satdığı üçün həbs olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru