2025-ci ildə daha da yoxsullaşan 10 milyarder - SİYAHI

29-12-2025, 12:34           
2025-ci ildə daha da yoxsullaşan 10 milyarder - SİYAHI
2025-ci il dünyanın milyarderləri üçün rekordlarla yadda qalıb. Onların ümumi sərvəti 22 dekabr tarixinə 18,7 trilyon dollara çatıb.

Valyuta.az xəbər verir ki, Forbes-in araşdırmasına görə, bütün sərvət sahibləri bu yüksəlişdən faydalana bilməyib. 2024-cü ilin sonunda mövcud olan 2 700-dən çox milyarderin təxminən dörddə biri bu il daha da kasıblaşıb. Onlardan 85 nəfəri isə artıq milyarder statusunu belə itirib.

Ən dramatik itki Fransadan olan Hermes varisi Nikolya Pueche məxsusdur. O, 2024-cü ilin sonunda 14,8 milyard dollar sərvətə malik idi. Hazırda isə milyarderlər siyahısından tamamilə çıxarılıb. Səbəb onun iddiasına görə, şəxsi məsləhətçisi Hermes səhmlərini onun xəbəri olmadan satıb. Lakin LVMH və Bernard Arnault bu iddianı rədd edir.

Ümumilikdə 2025-ci ildə 660-dan çox milyarder (və keçmiş milyarder) sərvət itkisi ilə üzləşib. Ən çox itkilər ABŞ-da qeydə alınıb - 186 nəfər. Növbəti yerdə Hindistan (109) və Çin (91) gəlir.

Ad Sərvət 2025 (mlrd.$) İllik dəyişmə (mlrd.$) Sərvət mənbəyi Ölkə
Willis Johnson 2.3 -1.0 Zədələnmiş avtomobillərin onlayn satışıları (Copart) ABŞ
Joe Shoen 3.3 -1.1 U-Haul ABŞ
Mark Shoen 3.9 -1.2 U-Haul ABŞ
Andrew Bialecki 2.9 -1.2 Klaviyo (marketinq proqram təminatı) ABŞ
Albert, James və Dorothy Chao (hər biri) 2.8 -1.3 Westlake – kimya və plastik ABŞ
Joe Mansueto 5.3 -1.7 Morningstar – investisiya araşdırmaları ABŞ
Thomas Hagen 5.6 -2.1 Erie Insurance ABŞ
Michael Saylor 5.2 -2.4 Kriptovalyuta / MicroStrategy ABŞ
Scott Farquhar 11.2 -3.6 Atlassian – proqram təminatı Avstraliya
Mike Cannon-Brookes 11.6 -3.7 Atlassian – proqram təminatı Avstraliya
Manuel Villar 4.8 -13.5 Daşınmaz əmlak (Vista Land) Filippin












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru