Atmosfer axınları sürətlə yerini dəyişir: Bu, bütün dünyaya təsir edəcək

29-12-2025, 12:24           
Atmosfer axınları sürətlə yerini dəyişir: Bu, bütün dünyaya təsir edəcək
Son onilliklərdə atmosferdəki hava axınları nəzərəçarpacaq dərəcədə yer dəyişib və bu, dünya üzrə hava şəraitinə, xüsusilə yağıntıların miqdarına ciddi təsir göstərə bilər.
Bu barədə "IFL Science” nəşri "Science Advances” jurnalında dərc olunan tədqiqatın məlumatlarına istinadla yazır.

Kaliforniya Universitetinin alimlərinin məlumatına görə, son 40 il ərzində hər iki yarımkürədə "atmosfer çayları” təxminən 6–10 dərəcə qütblərə doğru yerini dəyişib. Bunun əsas səbəbi kimi Sakit okeanın şərq tropik hissəsində müşahidə olunan soyuma göstərilir, lakin hadisələrin tam səbəb-nəticə zənciri hələ də əlavə araşdırma tələb edir.

Mütəxəssislər vurğulayırlar ki, atmosfer axınları sadəcə külək deyil. Bunlar səmada böyük həcmdə su buxarını daşıyan real "çaylar”dır və yağıntı səviyyəsinə ciddi təsir göstərir.

Alimlərin hesablamalarına əsasən, ABŞ-ın qərb sahillərində yağıntıların yarısınadək hissəsi məhz bu cür "atmosfer çayları”nın təsiri nəticəsində formalaşır. Eyni vəziyyət dünyanın digər regionları üçün də keçərlidir.

Alimlərin fikrincə, atmosfer axınlarının yerdəyişməsi hava şəraitinə mühüm təsir göstərə bilər. Qlobal rütubət daşınması sistemindən daha çox asılı olan regionlar quraqlıqların və istilik dalğalarının artması ilə üzləşə bilər. Əksinə, bu axınların yönəldiyi ərazilərdə indiyədək müşahidə olunmamış intensivlikdə yağıntılar başlaya, bu isə daşqınlara səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru