Aparıcı qlobal birjalar - "ICE Futures", "CME Group" və Şanxay Metal Birjasının məlumatlarına əsasən, gümüş və platin 2025-ci ilin ən çox bahalaşan malları olub.
Valyuta.az xəbər verir ki, gümüş il ərzində ən sürətlə böyüyən mal kimi tanınıb. Bu qiymətli metalın birja dəyəri 2,4 dəfə artıb.
İkinci yerdə olan platin 2,3 dəfə bahalaşıb. Palladium da 2025-ci ildə 1,85 dəfə dəyər artımı göstərərək ilk üçlüyə daxil olub.
Enerji malları arasında ən əhəmiyyətli qiymət artımı uranın 11,5% artaraq müşahidə olunub. İlk üçlüyə həmçinin ABŞ bazarında 9,9% artan təbii qaz və Çin birjalarında satılan kokslaşmış kömür də daxil olub.