Avtomobillərdəki bu funksiya kişiləri sonsuzlaşdırır - 15 dəqiqədən çox olmamalıdır

1-01-2026, 12:24           
Avtomobillərdəki bu funksiya kişiləri sonsuzlaşdırır -
Həkim avtomobildəki oturacaq qızdırılması funksiyası ilə bağlı xəbərdarlıq edib.

TEREF xəbər verir ki, rusiyalı terapevt Anastasiya Ağaeva payız-qış dövründə avtomobil oturacaqlarının qızdırılması funksiyasının xüsusilə kişilər üçün risk daşıdığını bildirib.

Onun sözlərinə görə hətta minimal, amma uzun müddətli qızdırma kişilərdə sonsuzluq riskini artırır. Bununla belə, bu funksiya prostatit və ya uretrit kimi xəstəlikləri törətmir.

Qadınlar üçün oturacaq qızdırması təhlükəsizdir. Ağaeva qeyd edir ki, bu, sonsuzluq riskini artırmır, hamiləliyə mənfi təsir göstərmir və sidik-cinsiyyət yollarının infeksiyalarını, məsələn, sistit və adneksiti artırmır.

Həkim əlavə edib ki, soyuq havada çox geyim geyinilməsi qızdırılmış oturacaqla birləşdikdə fiziki narahatlıq yarada bilər. Bu, tərləmə, dəri qaşınması və kontakt dermatitə səbəb ola bilər. Ağaeva tövsiyə edir ki, həm kişilər, həm də qadınlar oturacağı təxminən 15 dəqiqə əvvəlcədən qızdıraraq otursunlar.

Mütəxəssis vurğulayır ki, düzgün istifadə ilə oturacaq qızdırması həm komfortlu, həm də nisbətən təhlükəsiz ola bilər, amma xüsusilə kişilər sağlamlıq baxımından ehtiyatlı olmalıdır.
(Milli.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru