Bayram yeməklərindən sonra bədəni necə toparlamalı? - Rusiyalı diyetoloqdan mühüm tövsiyələr

2-01-2026, 12:38           
Bayram yeməklərindən sonra bədəni necə toparlamalı? -
Ağır yeməklərdən sonra atılacaq ilk addım mineral su vasitəsilə maye və elektrolit balansını bərpa etməkdir.

Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə diyetoloq Tatyana Zaletova açıqlama verib.

"Ən vacibi maye balansını bərpa etməkdir. Qazsız mineral su içmək tövsiyə olunur. Biz maye-elektrolit balansını bərpa etməli və asidoz adlanan vəziyyətlə mübarizə aparmalıyıq. Səhər boyu suyu kiçik qurtumlarla qəbul edin. Zövqə uyğun olaraq limon və ya giləmeyvə də əlavə edə bilərsiniz", - deyə T.Zaletova bildirib.

Onun sözlərinə görə, ürəkbulanma müşahidə olunarsa, aktivləşdirilmiş kömür, enterosgel və digər müasir sorbent vasitələrdən istifadə etmək mümkündür. Növbəti mərhələdə isə yüngül qidalara üstünlük verilməlidir.

"Əgər tam səhər yeməyi yemək çətindirsə, toyuq və ya tərəvəz bulyonu, banan və ya quru ərik faydalı ola bilər. Bulyon həm toxluq hissi yaradır, həm maye balansını bərpa edir, həm də həzmi asanlaşdırır. Banan və quru ərik isə yaxşı kalium mənbəyidir ki, bu da alkoqolun həddindən artıq qəbulundan sonra xüsusilə faydalıdır. Qurudulmuş meyvə kompotu da məsləhət görülür", - deyə diyetoloq vurğulayıb.

Mütəxəssis həmçinin C və B qrup vitaminlərini qida və ya əlavə şəklində qəbul etməyi tövsiyə edir. O, alkoqoldan sonra başağrısını aradan qaldırmaq məqsədilə yenidən spirtli içki qəbul etməyin düzgün olmadığını qeyd edib. Bildirilib ki, bu addım detoksikasiya prosesini sürətləndirmir, əksinə, vəziyyəti daha da ağırlaşdıra bilər.

"Acqarına qəhvə içməməyə çalışın. Bu, susuzlaşmanı artırır və ürək-damar sistemi üçün əlavə gərginlik yaradır", - deyə T.Zaletova əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru