Qızıl bazarında vəziyyət necədir?

6-01-2026, 10:18           
Qızıl bazarında vəziyyət necədir?
Son dövrlərdə həm dünyada, həm də Azərbaycanda qızılın qiymətində kəskin artım müşahidə olunur. Toy mövsümünün davam etdiyi bir vaxtda qızıl bazarındakı ümumi vəziyyət maraq doğurur. Satıcılar qiymət artımının alıcılıq qabiliyyətinə müəyyən qədər təsir etdiyini desələr də, qızıl alanlar qiymətlərin sürətli dəyişməsindən narazıdırlar.

Bazardakı mövcud vəziyyəti satıcılar belə şərh edirlər:

"Qızılın bahalaşmasına rəğmən, hazırda müştəri çoxdur. İnsanlar təşvişə düşdükləri üçün qızıl almağa daha çox meyillidirlər".

Alıcılar isə qiymət sabitliyinin olmamasından gileylənirlər:

"Qiymətlər çox bahadır. Biz noyabr ayında gələndə tamam başqa qiymətlər idi, indi isə xeyli fərq var. Hətta bir həftənin içində belə qiymətlər dəyişir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru