Səudiyyə Ərəbistanında UNİKAL TAPINTI: Mağarada dörd min yaşı olan yeddi pişik mumiyası aşkarlandı

19-01-2026, 16:34           
Səudiyyə Ərəbistanında UNİKAL TAPINTI:
Tədqiqatçılar Səudiyyə Ərəbistanında yaşamış nəsli kəsilən böyük pişiklərin təbii mumiyalarını tapıblar.

"Live Science" xəbər verir ki, indi tapılan qalıqlardan çıxarılan DNT bu heyvanların bölgədəki populyasiyasını bərpa etməyə kömək edə bilər.

Alimlər Səudiyyə Ərəbistanındakı bir mağara şəbəkəsində yeddi qədim pişik mumiyasını və daha 54-ünün skelet qalıqlarını aşkar ediblər. Qalıqların 4 000 ilədək yaşının olduğu təxmin edilir.

Ölkənin şimalındakı mağaralarda kəşf edilən heyvan qalıqları unikal tapıntı hesab olunur Belə ki, alimlər əvvəllər heç vaxt nəsli kəsilmiş böyük pişiklərin təbii mumiyalarını kəşf etməyiblər. Süni şəkildə mumiyalanmış pişiklər qədim Misirdən bəri məlum olsa da, yeni aşkarlanan mumiyalar təbii olaraq qorunan böyük pişik cəsədlərinin ilk nümunəsidir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru