Bu küçədəki xətlənmə sürücülərdə çaşqınlıq yaradıb - VİDEO

Dünən, 11:18           
Bu küçədəki xətlənmə sürücülərdə çaşqınlıq yaradıb - VİDEO
Bakının Nəsimi rayonu ərazisində - Rəşid Behbudov küçəsində aparılmış yeni xətlənmə sürücülərdə çaşqınlıq yaradıb.

Xezerxeber.az xəbər verir ki, küçənin Mərkəzi Bankın qarşısından keçən hissəsindən video paylaşan taksi sürücüləri buradakı qoşa xəttin onların hərəkətinə maneə olduğunu bildiriblər.

Küçədə yeni çəkilmiş velosiped zolağı ilə taksi dayanacağı ərazisini ayıran yerdə dönmə üçün uyğun şərait yoxdur. Taksi sürücüləri bu halın onların cərimələnməsinə səbəb ola biləcəyini və normal fəaliyyətlərinə maneə yaradacağını deyiblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, ərazidə işlər davam etdirilir: “Paytaxtın Rəşid Behbudov küçəsində zolaqların sayı saxlanılmaqla mikromobillik zolağı təşkil edilib. Zolaq 28 May küçəsindən Şəmsi Bədəlbəyli küçəsinə kimi bir hissəni əhatə edir. Növbəti mərhələdə isə Rəşid Behbudov küçəsi boyu zolaq uzadılacaq. Ərazidə müvafiq nişanlar da quraşdırılacaq. Görülən işlər çərçivəsində ərazidə taksilərin dayanması üçün şərait saxlanılır. Belə ki, taksi nəqliyyat vasitələri mikromobillik zolağına yanaşı - sol tərəfdə onlar üçün ayrılan yerdə dayana bilərlər”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru