Həbsxanada özünə ad günü edən general — DOSYE

5-06-2026, 09:34           
Həbsxanada özünə ad günü edən general — DOSYE
Hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərovun doğum günüdür. Generalın 61 yaşı tamam olur.

TEREF Qafqazinfo-ya istinadla xəbər verir ki, Rövşən Əkbərov artıq altıncı doğum gününü dəmir barmaqlıqlar arasında keçirir. 10 illik məhkum edilən generalın 4 il çəkilməmiş cəza müddəti qalıb.

Xatırladaq ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri vəzifələrində çalışıb. Xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən general sonradan 20 il əvvəl Ukraynada qətl törətdiyi üçün məhkum edilib.

2002-ci ildən general–leytenantdır. 2011-ci ilin fevralında Ordu korpuslarından birinin komandiri təyin olunub.

2020-ci ildə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

16 mart 2021-ci ildə həbs edilib.

Ailəlidir, dörd övladı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru