ABŞ-də uşaq şampunu ilə bağlı qalmaqal: Valideyn ağlagəlməz vəziyyətlə üzləşdi

Bu gün, 15:18           
ABŞ-də uşaq şampunu ilə bağlı qalmaqal:
"Reddit" platformasının amerikalı istifadəçisi "Jeffrey_Friedl" uşaqlar üçün nəzərdə tutulan şampunla bağlı qeyri-adi təcrübəsindən bəhs edib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat verilib.

Məlumata görə, valideyn çimərkən gözlərinin yaşardığını və yandığını deyən oğlunun şikayətini şəxsən yoxlamaq qərarına gəlib. Azyaşlı iddia edirdi ki, yuyucu vasitə gözə təmas etdikdə kəskin narahatlıq yaradır. Bununla belə, məhsulun qablaşdırmasında onun körpələr üçün xüsusi olaraq hazırlandığı və selikli qişanı qıcıqlandırmadığı qeyd olunduğundan, ata övladının sözlərinə dərhal inanmayıb.

Şampunun tam zərərsiz olduğunu sübut etmək məqsədilə kişi onu öz üzərində sınaqdan keçirmək qərarına gəlib. O, mayedən bir qədər götürərək birbaşa öz gözlərinə sürtüb.

"Lənət olsun, bu, sadəcə dəhşət idi. Elə bil ki, mənə limon suyu və bibər qazından ibarət qarışıq sıxdılar. Bizim aldığımız məhsulun qüsurlu, yoxsa ümumiyyətlə bu markanın keyfiyyətsiz olduğunu deyə bilmərəm, lakin ağrı dözülməz idi", - deyə istifadəçi vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru