İnfantinodan Trampla təmaslarına dair məlumat verməsi tələb olunub

Bu gün, 16:44           
İnfantinodan Trampla təmaslarına dair məlumat verməsi tələb olunub
ABŞ Konqresində FIFA rəhbəri Canni İnfantinodan ABŞ Prezidenti Donald Trampla təmasları barədə məlumat təqdim etmək tələb olunub.

Oxu.Az bu barədə "The Athletic" nəşrinə istinadən xəbər verir.

Konqresin Nümayəndələr Palatasının üzvü Ceymi Raskin bildirib ki, İnfantino Trampa və onun ətrafına təqdim etdiyi bütün dəyərli əşyaların siyahısını təqdim etməlidir.

Buraya pul köçürmələri, hədiyyələr və mükafatlar daxildir. O, həmçinin FIFA-nın Mayami və Nyu-Yorkdakı ofislərinə ziyarət qeydlərinin göstərilməsini tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru