Ev quşları naməlum səbəbdən kütləvi tələf olurlar - Təsərrüfat sahiblərindən ŞİKAYƏT - FOTO

Bu gün, 16:38           
Ev quşları naməlum səbəbdən kütləvi tələf olurlar - Təsərrüfat sahiblərindən ŞİKAYƏT - FOTO
Cənub bölgəsində ev quşları, xüsusilə toyuqlar naməlum səbəbdən tələf olurlar.

TEREF APA-ya istiandla xəbər verir ki, bu barədə təsərrüfat sahibləri məlumat veriblər.

Onların sözlərinə görə, toyuqlar və ördəklər arasında yayılan xəstəlik quşların qısa müddətdə zəifləməsi və yemdən kəsilməsi ilə başlayır. Bundan sonra quşlar tez bir zamanda tələf olur.

Sakinlər deyir ki, əvvəl quşların mədələri şişir və ağızlarından su gəlir. Bir neçə dəqiqədən sonra isə ölürlər.

Təsərrüfat sahibləri onu da bildirir ki, xəstəliyə qarşı görülən qabaqlayıcı tədbirlər də heç bir nəticə vermir.

Ev quşları arasında kütləvi ölüm halı ilə bağlı təsərrüfat sahibləri heç yerə müraciət etməyiblər.

Quşların kütləvi tələfatı Lənkəranla yanaşı, Cəlilabad rayonunun bir sıra kəndlərində də müşahidə olunur.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru