Qarpız bu şəxslərə olmaz

Bu gün, 00:08           
Qarpız bu şəxslərə olmaz
Qarpızın həddindən artıq qəbulu bəzi insanlar üçün sağlamlıq riski yarada bilər.

Tribuna.az xəbər verir ki, rusiyalı diyetoloq Olqa Yamilovanın sözlərinə görə, xüsusilə böyrək və şəkərli diabet xəstələri bu meyvəni ehtiyatla istehlak etməlidirlər.

Mütəxəssis bildirib ki, qarpızın güclü sidikqovucu təsiri böyrəklərə əlavə yük yarada, böyrək daşı olanlarda isə daşların hərəkətinə səbəb ola bilər. Bundan başqa, yüksək qlisemik indeksə malik olduğu üçün qanda şəkərin sürətlə yüksəlməsinə səbəb ola bilər.

Yamilova qeyd edib ki, diabet xəstələri qarpızı yalnız həkim məsləhəti ilə və qanda qlükoza səviyyəsini nəzarətdə saxlayaraq qəbul etməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru