Müharibə Əfqanıstana sıçradı
Bu gün, 12:16

Əfqan “partizanları” “Taliban”a qarşı müharibə elan etdilər.
ABŞ və NATO tərəfindən dəstəklənən Əfqanıstan ordusunun keçmiş komandiri Sami Sadatın rəhbərlik etdiyi “Birləşmiş Əfqanıstan Cəbhəsi” adlı silahlı qrup Taliban rejimə qarşı hərbi əməliyyata başlayıb.
Sədat açıqlamasında “Əfqanıstanı azad etmək və hökuməti xalqa qaytarmaq” məqsədi ilə yaradılan hərbi qruplaşmanın Taliban rəhbərliyini və üzvlərini hədəf alacağı bildirib. O, həmçinin beynəlxalq hərb qanunlarına sadiq olduqlarını da bəyan edib.
Sami Sədatın 2021-ci ildə Taliban hakimiyyəti ələ keçirdikdən sonra Böyük Britaniyaya köçdüyü xəbər verilir.
Maraqlıdır ki, digər Taliban əleyhinə silahlı qruplar da son günlərdə fəaliyyətlərini artırıblar. “Əfqanıstan Azadlıq Cəbhəsi”nin təxminən 10 gündür ki, Bədəxşan əyalətinin Zebak rayonunda Talibanla toqquşduğu və bəzi ərazilərə nəzarəti ələ keçirdiyini iddia edib.
“Əfqanıstan Milli Müqavimət Cəbhəsi” adlı qrup da son günlərdə Bədəxşan və Heratda İslam Əmirliyi qüvvələrinə qarşı hücumlar həyata keçirdiyini, yeni yaranan “İnqilab Keşikçiləri Cəbhəsi” isə Bədəxşan əyalətinin Yaftal-i Payin rayonunu qısa müddətə nəzarətə götürdüyünü iddia edib.
Heydər Oğuz

