Nasirəddin şah Məhəmməd şah oğlu Qovanlı-Qacar
Bu gün, 12:54

Nəsirəddin şah Qacar (tam adı: Nasirəddin şah Məhəmməd şah oğlu Qovanlı-Qacar; 16 iyul 1831, Təbriz – 1 may 1896, Tehran) — İran şahı. 17 iyul 1831-ci ildə Təbriz yaxınlığındakı Kuhnemirdə anadan olmuşdur. Atası Qacar Xanədanının üçüncü hökmdarı Məhəmməd Mirzə Şah, anası yenə Qacar xanədanına mənsub Məlikcahan xanımdır.
Şahın Azərbaycana səyahəti (1873-cü il).
1873-cü ilin avqust ayında İran şahı Nəsirəddin şah Qacar Cənubi Qafqaza səfəri zamanı Azərbaycanın müxtəlif bölgələrini ziyarət etmiş və gördüklərini öz gündəliyində ətraflı təsvir etmişdir. Onun qeydləri XIX əsr Azərbaycanın təbiəti, yaşayış məntəqələri və inzibati quruluşu haqqında mühüm tarixi mənbə hesab olunur.
20 avqust 1873-cü ildə şah Gəncədən Şəki qəzasına doğru yola düşmüş, yolüstü böyük Azərbaycan şairi Nizami Gəncəvinin məzarını ziyarət etmişdir. Daha sonra Kürəkçay, Kür çayı və Mingəçevir stansiyasından keçərək Ərəş mahalının Çomaxlı və Ərəb stansiyalarına çatmış, günün sonunda Türyançay stansiyasında olmuşdur. O, Dağıstan dağlarından başlayaraq Şəki qəzası ərazisindən axan Türyançayın gözəllüyünü xüsusi heyranlıqla qeyd etmişdir.21 avqust 1873-cü ildə səfər Ağdaş, Göyçay və Ərəş mahalı istiqamətində davam etmişdir. Şah Qaraməryəm stansiyasında olmuş, rus əhalisinin də yaşadığı Yekə-Xanə və Kənkənd kəndlərini ziyarət etmişdir. Daha sonra Küllüllü kəndinə gəlmiş, Girdıman çayını keçərək Şirvan vilayətinə aid Padar və Qalaqaydı kəndlərindən keçmişdir. Səfərin sonunda Ağsu stansiyasına çatmış, Şamaxı qəzasına aid Qava, Zumur-Kim və Qoşun kəndləri haqqında da qeydlər aparmışdır.
Nəsirəddin şahın 1873-cü il səfər gündəliyi Azərbaycanın tarixi coğrafiyası, yaşayış məntəqələri, yolları, çayları və əhalisi haqqında qiymətli məlumatlar verən mühüm tarixi mənbələrdən biridir. Bu qeydlər XIX əsrdə Şəki, Ərəş, Şirvan və Şamaxı bölgələrinin sosial-iqtisadi və coğrafi mənzərəsini öyrənmək baxımından xüsusi əhəmiyyət daşıyır.
İlk dəfə paylaşılır.Məmbə Qafqaz qəzeti-28.05.1876-cı il.
Tarixin Qapalı Səhifələri

