İsraildə həbsxanaların mühafizəsində timsahlardan istifadəyə qadağa qoyuldu

Dünən, 17:34           
İsraildə həbsxanaların mühafizəsində timsahlardan istifadəyə qadağa qoyuldu
İsraildə Qüds Dairə Məhkəməsi həbsxanalarda həbsxanalardan qaçışların qarşısının alınması üçün timsahlardan istifadə olunmasını qadağan edib.

Məlumatı "The Jerusalem Post" qəzeti yayıb.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin bu qərara görə hakimləri "terrorçuların tərəfini saxlamaqda" ittiham edib.

"Müharibə dövründə məhkəmə sistemi növbəti dəfə İsrailin təhlükəsizliyinin təmin olunması üçün vacib addımların qarşısını alaraq terrorçuların tərəfini tutur", - deyə qəzet nazirin sözlərini sitat gətirib.

Nəşrin məlumatına görə, bir neçə ay ərzində İsrailin Parklar İdarəsinə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təhlükəsizlik cinayətlərinə görə məhkum edilmiş şəxslərin saxlanıldığı həbsxanaların xəndəklərində timsahların yerləşdirilməsinə icazə verməsi üçün təzyiq göstərilib. Pilot layihənin İsrailin cənubundakı Negev səhrasında yerləşən "Ktsiot" həbsxanasında həyata keçirilməsi planlaşdırılırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru