Nadir şah əyanları tərəfindən necə öldürüldü?

Bu gün, 00:05           
Nadir şah əyanları tərəfindən necə öldürüldü?
Onun başı kəsilərək 1747-ci ildə hakimiyyətə gələcək qardaşı oğlu Əliqulu xana (Adil şaha) göndərilmişdi.
Qǝsdçilər gecə yarı ikən Nadir şahın yatdığı çadıra yaxınlaşdılar. Onlar bir neçə maneəni dəf etməli oldular. Şah həmin vaxt yatmışdı, səs-küyə ayıldı və dəhşətli bir nərə çəkdi. Gələnlərin kim olduğunu soruşub qılıncının və toppuzunun harada olmasını axtardı. Qəsdçilər Nadir şahın nərəsindən qorxuya düşüb geri çəkildilər. Onlar çadırdan çıxmaq istəyəndə qarşılarını Məmmədqulu xanla Saleh xan kəsdilər və birlikdə yenidən çadırın içinə daxil oldular. Nadir şah hələ geyinməyə macal tapmamış Məmmədqulu xan yaxınlaşıb ona zərbə endirdi. Nadir şah bu zərbədən sonra diz çökdü və bu zaman digərləri də yaxınlaşıb ona bir neçə qılınc zərbəsi endirdilər. Al qana boyanmış olan Nadir şah bir daha ayağa qalxmağa cəhd göstərdi, amma buna gücü çatmadı.Yalnız onu nə üçün öldürmək istədiklərini soruşdu. Bu dəfə Saleh xan
irəli çıxdı və qılıncı ilə onun başını bədənindən ayırdı. Sonra da onun başını bir atlıya verib Heratda olan Əliqulu xana göndərdi. Üç həftədən sonra Nadir şahın başı Əliqulu xana (Adil şahın özü də 1749-cu ildə öldürülür - O.M) çatdırıldı.
Tarix elmləri doktoru Mehman Süleymanov
Azərbaycan Tarixi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru