"Wildberries"in təsisçisi "Mirotvorets"in bazasına salındı

Dünən, 15:18           
"Wildberries"in təsisçisi "Mirotvorets"in bazasına salındı
Rusiyanın "Wildberries" beynəlxalq internet mağazasının təsisçisi Tatyana Kim Ukraynanın "Mirotvorets" saytının bazasına daxil edilib.

Oxu.Az bu barədə "Mirotvorets" saytına istinadən xəbər verir.

Saytın yaradıcıları onu Rusiyanı açıq şəkildə dəstəkləməkdə ittiham edirlər.

Qeyd edək ki, "Mirotvorets" saytı 2014-cü ildə yaradılıb. Məqsədi "Ukraynanın milli təhlükəsizliyinə təhdid yaradan" bütün şəxslərin kimliyini müəyyənləşdirmək və fərdi məlumatlarını dərc etməkdir. Son illərdə bir çox jurnalist, artist və siyasətçinin şəxsi məlumatları "Mirotvorets"in "qara siyahı"sına düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru