"Qacarlar sülaləsi - Azərbaycanın və Qafqazın yerli soyu"

Dünən, 16:34           
"Qacarlar sülaləsi - Azərbaycanın və Qafqazın yerli soyu"
Bildiyimiz kimi Qacarlar sülaləsinin Y DNT nəticəsi tam dəqiqliklə bəllidir.Bu genetik tədqiqatlar indiyə qədər ortaya sürülən və sadəcə pafosa əsaslanan "Orta Asiya - Altay" nəzəriyyəsinə böyük zərbə vurur.
Soruşuruq ki,Qacarların bura Orta Asiyadan gəlmə olduğunu nəyin əsasında deyirsiniz?Cavabları SSRİ yaxud digər tarixi dönəmlərdə yazılan hər hansı "kağız" olur.
"Türklər gəlmədir" - bu sözü nəyə əsaslanaraq deyirsiniz?İllərlə saxta və heç bir qlobal əhəmiyyəti olmayan tarixçilərə görə?
Bu qavram "Talışlar Hindistandan təzə gəlib" cümləsi qədər saxtadır.
Daim qarşıdurma və xaos yaradacaq fikirlərlə strateji və vahid konsepsiya qurmaq mümkün deyil.İrqçilik,millətçilik və fanatik səviyyədə dindarlıq cəmiyyətimizin inkişafına maneə olan əsas faktorlardır.
Qlobal elmi sferada artıq hər hansı şəxsin fikri yox,ondan götürülən bioloji materialın elmi formada araşdırılması zamanı əldə olunan nəticə əsas fakt sayılır.
Qacarlar sülaləsinin Y DNT nəticəsi J1 haploqrupunun Z1842 subkladının FT79725 alt qolu olaraq müəyyən olunub.Bu subkladın 2550 il yaşı var.Belə ki,ata xətti ilə Qacarlar şah sülaləsi Qəbələnin Nohurqışlaq və Qubanın Ərməki kəndindən olan soydaşlarımızla birləşir.Həmçinin 3950 ilə isə Qafqazın qədim Şahdağ xalqlarından etnik Buduq olan həmyerlimizlə birləşir.Bu subkladda həmçinin digər Qafqaz xalqları da (çeçenlər və ləzgilər) mövcuddur.Genetik nəticəyə əsasən demək mümkündür ki,Qacarların ata xətti ilə babaları buranın ən qədim sakinləri olublar və 7 min il öncə də Qafqazda yaşayıblar.Bu nəsil heç bir yerdən gəlmə deyil.
Test personal tiplidir və Ağaməhəmməd Şah Qacarın qardaşı Fətəli Şah Qacarın birbaşa törəmələrinə aiddir.Qacarlar soyundan başqa müxtəlif nəsil xətləri də test olunub və hamısı eyni subkladı bölüşərək uyğunlaşıblar.
Qacarların nəticəsi rəsmi olaraq Family Tree DNA saytının discovery bölməsinə əlavə edilmişdir,eyni zamanda bir sıra beynəlxalq elmi jurnallarda təsdiqlənmiş formada yayımlanmışdır.Həmçinin Azərbaycan DNT layihəsi komandası tərəfindən yazılan məqalə elmi saytlar və dərgilər də dərc olunmuşdur.Məqalənin müəllifləri olan Əkbər Əliyev, Rəzzaq Xansuvar,İlqar Əsədov,Sərxan Bəşirov və Yaroslav Volkova xüsusi təşəkkür düşür.Ətraflı və detallı oxumaq üçün linkə daxil ola bilərsiniz:
https://en.nbpublish.com/library_read_article.php?id=36692&loggedIn=true&ekit=l6OoAlx76RgaRWkpqm9Ssw==
https://discover.familytreedna.com/y-dna/J-BY152351/tree
https://az.wikipedia.org/wiki/Qacarlar_s%C3%BClal%C9%99si
Hər bir test həqiqətə açılan bir qapıdır.Genetik tədqiqatlar Azərbaycanda yaşayan əhalinin ata babalarının bu torpaqlarda əzəldən yaşadığını dünyaya elmi formada tanıtdırmağa kömək edən vasitədir.Çünki hər bir nəticə qlobal elmi sfera tərəfindən təsdiqlənən faktdır.Müasir dünya elmində isə başqa metodlar köhnəlmiş və qeyri-ciddi sayılır.Layihəmizin əsas məqsədi Azərbaycan və Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu azərbaycançılıq ideologiyası üçün vahid genetik baza və əsaslı akademik nəzəriyyə formalaşdırmaqdır.Ən əsası isə Azərbaycanımızın hər qarışının etnogenezini tədqiq etmək və hər hansı Qərb təsirinə məruz qalmadan milli lakin elmi əsaslı yeni tarixi konsepsiya yaratmaqdır.Hal-hazırda Azərbaycan DNT layihəsi istər İran,istərsə də Türkiyə DNT layihələrini sürətlə çoxdan qabaqlamışdır.Qarşıdakı günlərdə nəticələrini aylardır gözlədiyimiz 500-dən çox genetik test nümunələri mövcuddur.Bütün qarayaxma kampaniyalarına, cahillərin və xarici agentura şəbəkəsinin dezinformasiyalarına rəğmən fəaliyyətimiz davam edir.Gərgin və yorulmaz əmək üçün komandamızın digər üzvləri olan Doktor Ağaəli Varsaman və Ülvi Məmmədova da təşəkkür edirəm.
Digər vacib məqamı da qeyd edim ki, Qacarların genetik kökəni Orta Asiya ilə yox daha çox Qafqaz və Xəzərlərlə əlaqəlidir.Başqa bir elmi fakt olaraq Şahdağ xalqlarından olan Buduqla yanaşı,J1 haploqrupunun Z640 subkladının da məhz Xınalıq kəndində aşkarlanmasıdır.Eyni zamanda "Əkbəri-2026-cı il" paleodnt araşdırmalarında Qacarların subkladında hələ tam olaraq açıqlanmayan Qazaxıstanda,Xəzər dənizi sahillərində xəzərlərə aid edilən qəbir (sümük) nümunəsinin ortaya çıxmasıdır.Bu da bu subkladın çox keçmişdə Qafqazdan Xəzər dənizi ətrafına yayıldığını göstərir.Bu isə indiyə qədər illərlə formalaşan tarixi baxışı dəyişir.
Bunu bilmək lazımdır ki, Azərbaycandakı hər bir xalq bəşəri dəyərdir,qədimdir və genetik xəzinədir.Xususən talışların genetik tərkibi göstərir ki,onlar İran xalqları içində ata xətlərini ən çox qoruyan və homogen tərkibə sahibdirlər.Talışları elmi olaraq İran xalqlarının ən qədim yaradıcı ata genetik xəttini saxlayan arxaik xalq saya bilərik.Bu da göstərir ki,Azərbaycan həm də "Arilərin" və Hind-Avropa mədəniyyətinin beşiyi ola bilər.Buna görə də talışların tədqiqi xüsusən vacibdir.Digər önəmli faktı da qeyd edim ki, xüsusən Azərbaycanda J1 haploqrupunun ən qədim mutasiyaları da aşkarlanmışdır.Yardımlının Sırıq kəndində 17 min il,Dilican rayonunun Göyərçin kəndində isə 12 min il yaşı olan paternal subkladlar aşkarlanmışdır.Bununla yanaşı Balaxanı və Horadizdə də bu cür qədim ata soyları müəyyən olunub.Bu sadəcə tədqiqatların bir qisminin nəticələridir.Bu baxımdan genetik testlərin və tədqiqatların əhəmiyyəti olduqca böyükdür və kökünə dəyər verən hər bir şəxs bu prosesdə iştirak etməlidir.
https://www.familytreedna.com/.../aze.../about/background...
Orxan Xansuvar (Azərbaycan DNT layihəsi admini, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə araşdırmaçı)















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru