Altkoinə yatırım edən şirkət 148 milyon dollar itirdi - İflas həddindədir

Dünən, 16:17           
Altkoinə yatırım edən şirkət 148 milyon dollar itirdi - İflas həddindədir
Süni intellekt tətbiqləri üçün hazırlanmış "Zero Gravity" blokçeyninin 0G tokeninə böyük həcmdə investisiya yatıran "ZeroStack" şirkəti ciddi maliyyə çətinlikləri ilə üzləşib və iflas riski ilə qarşı-qarşıya qalıb.

Valyuta.az xəbər verir ki, "0G" tokeninin qiyməti ötən ilin sentyabrında qeydə alınan 7 ABŞ dolları səviyyəsindən hazırda 0,13 dollara qədər geriləyib.

Nəticədə, şirkətin bu tokenlərə yatırdığı 163 milyon dollarlıq investisiyanın bazar dəyəri cəmi 15 milyon dollara enib. Bu isə investisiyanın 90%-dən çox dəyər itirməsi deməkdir.

Şirkətin açıqladığı maliyyə hesabatına əsasən, hazırda kassada cəmi 2,6 milyon dollar nağd vəsait qalıb. "ZeroStack" bu ilin ilk altı ayında isə 61 milyon dollar zərər açıqlayıb.

Şirkət bildirib ki, fəaliyyətini davam etdirmək üçün əsas gəlir mənbəyi hazırda steykinq (staking) mükafatlarının satışı olacaq. Məlumata görə, 2026-cı ilin ilk yarısında steykinqdən 2,4 milyon dollar gəlir əldə edilib.

Ekspertlərin fikrincə, bundan sonra "ZeroStack"in maliyyə vəziyyəti əsasən 0G tokeninin qiymət dinamikasından asılı olacaq.

Qeyd olunur ki, oxşar problemlərlə üzləşən yeganə şirkət "ZeroStack" deyil. "BNB" tokeninə yönəlmiş CEO Industries və "Worldcoin" layihəsinə investisiya edən "Eightco" da səhmlərinin dəyərində kəskin ucuzlaşma ilə üzləşiblər.

Bununla belə, "Strategy" və "Bitmine" kimi iri kripto xəzinə şirkətləri milyardlarla dollar zərər açıqlasalar da, hələlik iflas təhlükəsi ilə üzləşmirlər. Analitiklər hesab edirlər ki, altkoin bazarındakı eniş davam edərsə, bu sahədə fəaliyyət göstərən digər şirkətlər də ciddi maliyyə problemləri ilə qarşılaşa bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru