Hindistana məxsus təyyarə hava boşluğuna düşdü: Xəsarət alanlar var

Bu gün, 00:11           
Hindistana məxsus təyyarə hava boşluğuna düşdü:
Hindistanın “Air India” aviaşirkətinə məxsus təyyarə hava boşluğuna (turbulentlik) düşüb, nəticədə 17 nəfər xəsarət alıb.

Bu barədə NDTV telekanalı məlumat yayıb.

Bildirilib ki, Tailandın Phuket adasından Nyu-Delhiyə uçan təyyarə hava boşluğuna düşüb və hündürlüyü qəfil dəyişib. Hadisə nəticəsində 13 sərnişin, həmçinin dörd ekipaj üzvü xəsarət alıb.

Aviaşirkətdən verilən məlumata görə, təyyarə hava limanına təhlükəsiz eniş edib və bütün sərnişinlər və ekipaj üzvləri təyyarəni tərk ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru