Tramp: Hörmüz boğazı ABŞ-ın tam nəzarətindədir

Dünən, 11:45           
Tramp: Hörmüz boğazı ABŞ-ın tam nəzarətindədir
ABŞ Hörmüz boğazına tam nəzarət edir, razılaşma əldə olunana və ya Tehran təslim edilənə qədər İrana qarşı dəniz blokadasını davam etdiriləcək.

Gununsesi.info xəbər veriur ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” sosial media platformasında yazıb.

Prezidentin bildirdiyinə görə, İranın iddialarına baxmayaraq, boğaz artıq ABŞ Hərbi Dəniz Qüvvələrinin tam nəzarəti altındadır.

İslam Respublikasının dəniz blokadası haqqında danışan Tramp qeyd edib: “Biz istəmədikcə heç nə İrana keçə bilməz, razılaşma əldə edilənə və ya tam təslimçiliyə qədər heç nə keçə bilməz”.

Qeyd dək ki, Donald Tramp ABŞ və İranın avqustun 3-də sülh danışıqlarına başlayacağını açıqlamışdı. Bundan əlavə, Tramp Tehranla razılığa gəlmək üçün İrana planlaşdırılan böyük hücumu ləğv etməyə razı olduğunu da bəyan eləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru