Keçmiş treyder Nassim Talebə sual : Ruben Vardanyanın bu gün Bakı həbsxanasında olması “Qara durna” yoxsa “Boz gərgədan” konseptinə uyğundu ?
Dünən, 11:38

Nassim Niokolas Taleb Livanda, yunan-ortadoks ailəsində doğulub böyümüş filosof, riyaziyyatçı və keçmiş Uol-Strit treyderi kimi tanınır.
Keçmiş treyder !!
Talebin intelektual fəaliyyətinin mərkəzində insanların qeyri-müəyyənliyi anlamaqdakı acizliyi dayanır. Onun məşhur vizit kartı hesab olunan “Qara durna” (The Black swan) konseptinə görə bir hadisənin “Qara durna” sayılması üçün bu hadisə tamamilə gözlənilməz və tarixi təcrübəyə əsasən bu hadisənin baş vermə ehtimalı sıfıra bərabər olmalıdır.
Başqa amerikalı analitik, yazıçı və strategiya üzrə ekspert Mişel Vuker də özünün “Boz gərgədan” ( The Gray rhino) konsepti, risklərin idarə olunması və böhran proqnozlaşdırılması fəaliyyəti üzrə məşhurdur.
“Boz gərgədan” üstünüzə doğru böyük sürətlə gələn, göz qabağında olan, baş vermə ehtimalı yüksək olan, lakin, maraqlı qruplar tərəfindən riskləri düzgün qiymətləndirilməyən nəhəng təhlükədir.
Nassib Talebin “Oyunda şəxsi risk” adlanan (Skin in the game) konseptinə görə qərar verən şəxslərin verdikləri qərarın mənfi nəticələrə görə özləri şəxsən məsuliyyət daşımalı olduqlarını müdafiə edən yanaşmadır.
Vardanyan Moskvadan Xankəndinə gəldiyi andan etibarən Bakının bu məsələyə rəsmi mövqeyi tamamilə hər kəsə aydın idi.
Bütün bunları nəzərə alaraq Vardanyanın həbsinə görə Bakıya gəlməkdən imtina etdiyini deyən keçmiş treyder Nassim Talebə sual :
1. Ruben Vardanyanın bu gün Bakı həbsxanasında olması “Qara durna” yoxsa “Boz gərgədan” konseptinə uyğundu ?
2. Özünü dərin fikir adamı kimi tanıda bilən Nassim Talebin öz fikirləri ilə davranışları arasında dolaşıq düşməsi onun treyder səviyyəsini aşa bilməməsinin əlaməti deyilmi ?
Ugurlu Sharifov

