Braziliyada matç zamanı tutuquşu futbolçuya hücum edib - VİDEO
Dünən, 11:58
Braziliyada keçirilən futbol matçı zamanı tutuquşu idmançılardan birinə hücum edib.
"RT" xəbər verir ki, insident "Flamenqo" və "Seara"nın gənclər komandaları arasında keçirilən Braziliya Kuboku matçında baş verib.
Tutuquşu futbolçuya pəncələri ilə zərbə endirməyə çalışsa da, idmançı vaxtında kənara çəkilə bilib. Görüş "Seara"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.