Dünyanın ən böyük otel qrupları açıqlanıb: Marriott liderliyini qorudu

Dünən, 16:24           
Dünyanın ən böyük otel qrupları açıqlanıb: Marriott liderliyini qorudu
Qlobal otelçilik sektorunda otaq tutumuna görə dünyanın ən böyük otel qrupları müəyyənləşib. MKG Consulting tərəfindən hazırlanan Global Hotel Rankings 2026 hesabatına əsasən, Marriott International 9 min 266 otel və 1 milyon 683 min 204 otaq ilə siyahının lideri olub.

Valyuta.az xəbər verir ki, ikinci yerdə Çinin Jin Jiang International otel qrupu qərarlaşıb. Şirkətin dünya üzrə 14 min 311 oteli və 1 milyon 439 min 756 otağı var. Üçüncü sırada isə Hilton Worldwide yer alıb. Şirkət 8 min 342 otel və 1 milyon 249 min 814 otaq ilə ilk üçlüyü tamamlayıb.

Reytinqdə Çinin H World Group şirkəti dördüncü, IHG Hotels & Resorts beşinci, Wyndham Hotel Group isə altıncı yerdə qərarlaşıb. İlk onluğa həmçinin Accor, Choice Hotels International, OYO və BTG Hotels Group da daxil olub.

Otaq sayına görə dünyanın ən böyük 10 otel qrupu

1. Marriott International – 9 266 otel, 1 683 204 otaq

2. Jin Jiang International – 14 311 otel, 1 439 756 otaq

3. Hilton Worldwide – 8 342 otel, 1 249 814 otaq

4. H World Group – 10 580 otel, 1 017 225 otaq

5. IHG Hotels & Resorts – 6 599 otel, 977 257 otaq

6. Wyndham Hotel Group – 9 286 otel, 902 987 otaq

7. Accor – 5 682 otel, 850 285 otaq

8. Choice Hotels International – 7 586 otel, 653 810 otaq

9. OYO – 20 667 otel, 597 873 otaq

10. BTG Hotels Group – 6 910 otel, 518 031 otaq

Hesabat göstərir ki, qlobal otelçilik sektorunda şirkətlərin böyüklüyü təkcə otellərin sayı ilə deyil, ümumi otaq tutumu ilə qiymətləndirilir. Buna görə də OYO siyahıda ən çox – 20 min 667 otelə sahib olsa da, otaq tutumuna görə yalnız doqquzuncu yerdə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru