Mingəçevir icra başçısı şəhərə nəzarət edə bilmir - Vətəndaşlar şikayətçidir - VİDEO

Dünən, 11:34           
Mingəçevir icra başçısı şəhərə nəzarət edə bilmir -
Mingəçevir sakini, Nəriman Nərimanov küçəsi, ev 28, mənzil 8-də yaşayan Sevil İbrahimova bildirir ki, kommunal xətlərin keçdiyi şaxta təhlükəli vəziyyətdədir.
Yeniavaz.com-a müraciət edən şəhər sakininin sözlərinə görə, aidiyyəti qurumlara müraciət etsə də, nəticəsi olmayıb.

“Özüm təqaüdçüyəm, yəni imkanım yoxdur ki, bu şəraitdən özümü qurtarım. Su borusu işıq xəttinin içindən keçir, qaz borusu işıq xəttinin içindən keçir. Hər tərəf hörümçək torudur. Qaz idarəsindən gələnlərə xahiş elədim, yalvardım, səsimi yazıb apardılar. Amma bircə nəfər də gəlib maraqlanmır ki, bu hörümçək torunun içində necə yaşayırıq.

Yaşadığımız bu vəziyyətə baxın. Hər dəqiqə təhlükə var, hər dəqiqə! Bu şaxtanın üzəri bağlanmalıdır, amma bağlanmayıb. Su xətti, qaz xətti —hamısı elektrik xəttinin içindən gedir, hamısı da calaq-calaqdır. Təqaüdçü olsam da, işıq və qaz pullarını vaxtlı-vaxtında ödəyirəm. Hökumətə bir manat borcum yoxdur. Gəlib kömək etsinlər”, - S. İbrahimova bildirib.
VİDEO BURDA:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru