Endokrinoloq səhər yeməyi üçün ən zərərli qidaları açıqlayıb

Dünən, 15:28           
Endokrinoloq səhər yeməyi üçün ən zərərli qidaları açıqlayıb
Həkim-endokrinoloq İlya Atraxov səhər yeməyində qəbul edilməsi tövsiyə olunmayan qidaları açıqlayıb.

Bu barədə Lenta.ru məlumat yayıb.

Mütəxəssisin sözlərinə görə, səhər yeməyi üçün tez-tez seçilən bəzi hazır məhsullar, o cümlədən dənli bitki lopaları, hazır sıyıqlar, qızardılmış çörəklər və şirin batonlar sağlam seçim hesab edilmir.

"Bu məhsulların tərkibində lif az, şəkər və müxtəlif qida əlavələri isə çox olur. Belə qidaları qəbul etmək mümkündür, lakin onları mütləq təzə tərəvəz və ya meyvələrlə tamamlamaq lazımdır", - deyə İ.Atraxov bildirib.

Həkimin fikrincə, emal olunmuş ət məhsullarından hazırlanan buterbrodlar da sağlam səhər yeməyi sayılmır.

Onun sözlərinə görə, vetçina və kolbasanın tərkibində yüksək miqdarda duz, gizli yağlar və ürək-damar xəstəlikləri ilə yanaşı, bəzi onkoloji xəstəliklərin riskini artıra bilən maddələr mövcuddur.

Məhz buna görə də mütəxəssis sosiska və ya bekonla hazırlanmış qızardılmış yumurtanın tez-tez istehlak edilməsini məsləhət görmür.

İ.Atraxov əlavə edib ki, acqarına qəbul edilən smuzilər və təzə sıxılmış meyvə şirələri də hər zaman faydalı olmur.

Onun sözlərinə görə, yüksək fruktoza miqdarı və turşuluq bəzi insanlarda mədə narahatlığı yarada bilər.

Bundan başqa, səhər acqarına içilən tünd qəhvə orqanizmin ümumi vəziyyətinə və su balansına mənfi təsir göstərə bilər.

Həkim qeyd edib ki, səhər saatlarında isti un məmulatlarının qəbulu da mədədə ağırlıq hissi yarada bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru