ABŞ-də klinik ölüm yaşayan tibb bacısı gördüklərini DANIŞDI: "Qayıtmaq istəmirdim"
Bu gün, 16:45

ABŞ-də tibb bacısı Kendis Perçens bir neçə dəfə insult keçirib və əməliyyat masasında klinik ölüm yaşayıb. Bu hadisə gənc qadının həyata baxışının köklü şəkildə dəyişməsinə səbəb olub.
Bu qeyri-adi hadisə barədə "Metro" nəşri məlumat yayıb.
Qadına 30 yaşında qoyulan ağır diaqnoz onun cərrahi müdaxiləyə ehtiyac duyması ilə nəticələnib. Əməliyyat zamanı Kendis bir neçə dəfə insult keçirərək həyatını itirib. O, bir neçə dəqiqə ərzində nəfəs almayıb və bu müddət ərzində ruhunun başqa bir ölçüyə keçdiyini hiss edib.
"Cərrah ayağımdakı əsas arteriyaya yaxınlaşanda mən qəfildən özümü başqa bir məkanda tapdım", - deyə o xatırlayır və qorxudan titrəməsinin təbii olduğunu vurğulayır.
Qadın parlaq bir işıq gördüyünü, daha sonra isə inanılmaz dərəcədə yüngüllük hiss etdiyini etiraf edib. O, yenidən uşaq olduğunu düşünüb. Bu hiss onun o qədər xoşuna gəlib ki, yenidən reallığa qayıtmaq istəməyib. Buna baxmayaraq, həkimlər onun ürəyini yenidən işə salmağa nail olublar. Əməliyyat uğurla başa çatıb və Kendis xəstəxanadan evə buraxılıb.
Lakin o, bir daha tibb bacısı kimi fəaliyyət göstərməmək qərarına gəlib. O, həyatını tamamilə fərqli istiqamətə yönəldib. Hazırda qadın şəfaverici və medium kimi çalışır. Kendis mənəvi dünyasını inkişaf etdirmək və digər insanlara yardım etmək arzusunda olduğunu bildirir.

