"Stellantis" bir milyon avtomobili geri çağırdı

Bu gün, 16:45           
"Stellantis"  bir milyon avtomobili geri çağırdı
Avtomobil istehsalçısı “Stellantis” proqram təminatındakı səhv səbəbindən ABŞ-da təxminən 850 min avtomobili geri çağırdığını açıqlayıb.

Valyuta.az xəbər verir ki, şirkətin məlumatına görə, nasazlıq arxa görüntü kamerasının ekranının işinə mane ola bilər. Bundan əlavə, Şimali Amerikadan kənarda, o cümlədən Kanadada və Meksikada 107 min avtomobil geri çağırılacaq.

Şirkət nasazlıqla əlaqədar hər hansı qəza və ya xəsarət halının qeydə alınmadığını bildirib.

Geri çağırışa 2026-2027-ci il istehsalı olan “Chrysler Pacifica”, “Voyager”, “Dodge Charger”, “Jeep Cherokee”, “Compass”, “Gladiator”, “Grand Cherokee”, “Grand Wagoneer” və “Wrangler” modelləri, həmçinin “Ram 1500” və “2500” pikapları və “ProMaster” furqonları daxildir.

Avtomobil sahibləri üçün proqram təminatı yenilənəcək. Nasazlıq aradan qaldırılana qədər “Stellantis” sürücülərə kamera ekranında problem yarandığı halda geriyə hərəkət zamanı güzgülərdən istifadə etməyi və ətrafdakı vəziyyəti diqqətlə izləməyi tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru