CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN ELMDƏ İSLAHATLAR ZƏRURƏTİ İLƏ ELMİ TEXNİKİ İNQİLABIN TƏRKİB HİSSƏSİ OLAN ELMİ KƏŞFLƏRİN DİALEKTİK VƏHDƏTİ

13-01-2026, 09:28           
CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN ELMDƏ İSLAHATLAR ZƏRURƏTİ İLƏ  ELMİ TEXNİKİ İNQİLABIN TƏRKİB HİSSƏSİ OLAN ELMİ KƏŞFLƏRİN DİALEKTİK VƏHDƏTİ
Kimya elmləri doktoru, professor, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının (EANS, Almaniya) professoru və akademiki, "Kolloid Kimyası" ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, 6 Elmi Kəşf və 2 Elmi Hipotez müəllifi Rahim Abas oglu Daşdıyevin “Cənab Prezident İlham Əliyevin elmdə islahatlar zərurəti ilə elmi texniki inqilabin tərkib hissəsi olan elmi kəşflərin dialektik vəhdəti” mövzusunda növbəti aktual silsilədən olan yazını Tərəf.az oxucularına təqdim edirik.
Professor R.A.Daşdiyev ilk öncə Ümummilli Liderimiz Heydər Əliyevin alimlər haqqında və Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin elmdə islahatlar zərurəti ilə bağlı İslahatlar Strategiyasını diqqətə gətirir:
“Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”. (Heydər Əliyev);

Prezident İlham Əliyevin Elmdə Zəruri İslahatlar Strategiyası (2023-2026):
“Hər  şeyi  bundan sonra  texnologiyalar həll  edəcək. Biz  həm texnologiyaları  gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır  ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq”. (İlham Əliyev, 10 may 2023, Ulu Öndərin 100 illik Yubileyi günündə);
“ ... Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, ... Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır”... (İlham Əliyev, 3 noyabr 2025, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı nitqindən).
"Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. ... neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik"... (İlham Əliyev, 5 yanvar 2026, yerli televiziya kanallarına müsahibəsindən)
Məlumdur ki, Elmi Kəşf Elmi-Texniki İnqilabın tərkib hissəsidir ( https://az.wikipedia.org/wiki/K%C9%99%C5%9Ff ). Ulu Öndər Heydər Əliyevin alimlər haqqında və Cənab Prezident İlham Əliyevin Elmdə İslahatlar Strategiyasını ifadə edən Beynəlxalq statuslu Bəyanatları alimlər üçün rəqabət məzmunlu Strateji Proqramdır. Elmdə məhsuldar və rəqabətli islahatların başlanğıcı Elmi Kəşflər, Elmi Hipotezlərdir. Kəşflərə, Elmi-Texniki İnqilaba doğru inkişafın zaman zərurətinin reallaşması üçün görünür stimul və rəqabət amilləri nəzərə alınmalıdır. Ölkəmizdə artıq 2024-cü ildə belə bir təcrübəyə nail olunmuşdur. Belə ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə nazirlik formatında elmi-tədqiqat institutlarında “Scopus” bazasında ən çox elmi işi dərc olunan alimlərə hər ay 1000 manatadək mükafat verilməsinə başlanılıb. Bu addım alimlərin maddi rifahının yaxşılaşdırılması və elmi fəaliyyətlərinin maliyyəcə stimullaşdırılması məqsədi daşıyır. Elmdə İslatlar üçün məqalə zəruridir, lakin kafi deyil. Belə ki, məqalə 50, 100, 200, 500, 1000 və hətta 2000 də ola bilər, bununla yanaşı İslahatlar isə olmaya da bilər. Məhz bu baxımdan Ulu Öndər Heydər Əliyevin alimlər haqqında və Cənab Prezident İlham Əliyevin Elmdə İslahatlar Strategiyasını ifadə edən Beynəlxalq statuslu Bəyanatları həlledicidir. Belə bir təcrübənin Elmi Kəşf istiqaməti üçün həyata keçirilməsinin aktuallığı, məqalə aktuallığından da qat-qat üstündür. Elmi ictimaiyyətə yaxşı bəllidir ki, dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda “Scopus” və “Web of Science” bazalı junallarda məqalə dərci ilə məşğul olan çoxsaylı pullu xidmət şirkətləri fəaliyyət göstərirlər. Lakin dünya təcrübəsində Elmi Kəşflərlə bağlı bir dənə də olsun müəllif üçün Elmi-Kəşf hazırlayan pullu xidmət şirkəti yoxdur. ...
Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Elmdə İslahatlar Strategiyasını ifadə edən Beynəlxalq statuslu Bəyanatlarından irəli gələn və alimlər qarşısında ən vacib məsələlərdən biri kimi dünyada ilk dəfə olaraq ölkəmizdə Elmi Kəşflərin yaradılmasında rəqabət mühitinin formalaşdırılması məqsədi ilə sayca çox-çox az olan Elmi-Kəşf müəlliflərinin maddi rifahının yaxşılaşdırılması və elmi fəaliyyətlərinin maliyyə baxımından aylıq mükafat məbləği olaraq stimullaşdırılması birmənalı olaraq zamanın zərurətidir.
Rahim Abas oglu Daşdıyev













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]