Deyilənə görə, ilk səyahətindən qayıdan Kolumb meyxanada pivə içərkən yaxınlıqdakı masada bir qrupun onun səyahətini müzakirə etdiyini eşidir. Gənc tacirlərdən biri xüsusilə qəzəblənərək qışqırır ki, o da qərbə üzüb gedə bilərdi, Hindistanı kəşf edə bilərdi və admiral rütbəsi də almalıdır. Kolumb ayağa qalxır, qrupa yaxınlaşır və onlara qaynadılmış yumurtanı masanın üstünə dik qoymağı təklif edir. Kişilər uzun müddət düzgün tarazlığı tapmaq üçün mübarizə aparırdılar, amma təbii ki, bacarmadılar. Sonra Kolumb yumurtanı masanın üstünə çırpır, qabığını ucundan əzir və yumurta dik durur. "Güya böyük məsələdir," tacir dedi, "Mən də bunu edə bilərəm!" "Əlbəttə," Kolumb cavab verir, "məndən sonra." Sergey Tkaçenko