Bakıda məsciddə namaz qılıb yatdı - Telefonu oğurlandı

Bu gün, 07:24           
Bakıda məsciddə namaz qılıb yatdı -
Bakıda məsciddə yatan şəxsin telefonu oğurlanıb.

Qaynarinfo-nun məlumatına görə, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M. Abbasov küçəsində yerləşən “Cümə” məscidində baş verib.

1996-cı ildə Mingəçevir şəhərində doğulmuş F.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məlum olub ki, zərərçəkən Telman Əhmədov “Cümə” məscidinə gedərək namaz qıldıqdan sonra yuxuya gedib. Oyananda dəyəri 100 manat olan mobil telefonunun oğurlandığını aşkar edib. O, oğurluq hadisəsi ilə bağlı polisə məlumat verib.

Polis şöbəsində aparılan araşdırma nəticəsində oğurluq əməlinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədildiyi müəyyən olunub.

F.V. Telman Əhmədovun yatdığını gördüyünü, ona məxsus mobil telefonu oğurladığını, həmin telefonu tanımadığı şəxsə 25 manata satdığını və əldə etdiyi pulu xərclədiyini etiraf edib. O, törətdiyi əməldən peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə F.V. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1 ay müddətinə inzibati həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru