“iPhone 18” modelləri iki mərhələdə təqdim oluna bilər

Bu gün, 00:12           
“iPhone 18” modelləri iki mərhələdə təqdim oluna bilər
“Apple” şirkəti iPhone 18 seriyasını iki mərhələdə təqdim edə bilər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, iPhone 18 Pro, iPhone 18 Pro Max və şirkətin ilk qatlanan iPhone modeli 2026-cı ilin sentyabrında təqdim ediləcək. Standart iPhone 18, iPhone 18e və ikinci nəsil iPhone Air isə 2027-ci ilin yazında satışa çıxarıla bilər.

İddialara əsasən, iPhone 18 Pro modellərində yeni A20 prosessoru, təkmilləşdirilmiş kamera və daha kiçik Dynamic Island olacaq. Qatlanan modelin isə “iPhone Ultra” adı ilə təqdim ediləcəyi və açıldıqda 7,8 düymlük ekrana sahib olacağı bildirilir.

Yeni Pro modellərinin qiymətinin 100-300 dollar arta biləcəyi də iddia edilir. Qatlanan iPhone-un qiymətinin isə 2 000-2 500 dollar arasında ola biləcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru