İspaniya millisinin gənc ulduzu Lamine Yamal Dünya Kuboku öncəsi diqqətçəkən paylaşımı ilə futbolsevərlərin marağına səbəb olub.
Tribuna.az xəbər verir ki, Yamal sosial media hesabında 19 nömrəli formasını Argentina millisinin kapitanı Lionel Messinin ilk Dünya Kubokunda geyindiyi 19 nömrəli forma ilə yanaşı nümayiş etdirən fotonu paylaşıb. Maraqlıdır ki, hər iki futbolçu Dünya Kuboku karyerasına məhz 19 nömrəli forma ilə başlayıb. İndi isə taleyin maraqlı təsadüfü nəticəsində onlar Dünya Kubokunun finalında rəqib olmağa hazırlaşırlar. Messi karyerasının altıncı Dünya Kubokunda meydana çıxacaqsa, Lamine Yamal ilk dəfə bu möhtəşəm turnirdə iştirak edəcək. Paylaşım qısa zamanda futbol azarkeşləri arasında geniş müzakirələrə səbəb olub. Bir çoxları bu simvolik uyğunluğu futbolun yaratdığı ən gözəl hekayələrdən biri kimi qiymətləndirib.