Mir Şahin və Elza Seyidcahan fenomeni
Bu gün, 17:38

Elza Seyidcahan Azərbaycan poeziyasında hansı fenomendirsə, Mir Şahin də Azərbaycan jurnalistikasında həmin fenomendir.
Birincisi əndrabadi şeirləri ilə insanları təəccübləndirir, ikincisi isə jurnalistika haqqında söylədiyi fikirlərlərlə insanları qəzəbləndirir...
Son açıqlamasında Mir Şahin televiziya izləməyən insanları dişini təmizləməyən, çimməyən, gigiyenaya əməl etməyən adamlarla müqayisə edib.
Bu müqayisə təsadüfi deyil. Bu, Azərbaycanda uzun illər formalaşdırılmış təbliğat jurnalistikasının düşüncə tərzidir. Belə düşüncədə vətəndaş fikir sahibi deyil, "tərbiyə olunmalı obyekt" sayılır.
Halbuki normal cəmiyyətlərdə media tamaşaçı qarşısında hörmət qazanmağa çalışır. Tamaşaçı mediaya borclu deyil. Əksinə, media tamaşaçının etimadını qazanmalıdır.
İnsanlar televiziyaya baxmırsa, bunun səbəbini əvvəlcə televiziyalarda axtarmaq lazımdır.
Bəlkə problem tamaşaçıda yox, ekrandadır?
Bəlkə insanlar yalan, təbliğat və birtərəfli informasiyadan beziblər?..
Elbeyi Həsənli

