AZƏRBAYCAN TÜRKLƏRİNİN ANTROPOLOGİYASI QISACA
Bu gün, 00:09

Mezolit dövründə Azərbaycan ərazisində tapılmış kəllə sümükləri ilə indiki kəllə sümüklərinin morfoloji quruluşu eynidir. Əgər türklər gəlmə idilərsə, niyə qədim türklərlə biz eyni antropoloji tipə aidik? Əgər türklər bu ərazilərə gəlmədirsə, niyə bizim antropoloji tipimizi dəyişməyib? Deməli türklərin köçü qərbdən şərqə doğru baş tutub. Azərbaycan türkləri kaspi-oğuz antropoloji irqinə daxildir. Bu irqə biz və türkmənlər daxildir. İndiyə qədər belə bir ideya var idi ki, guya türklər monqoloid irqinə daxildir. Bu isə kökündən yanlış ideyadır. Əmir Teymurun enli yanaqları, qıyıq gözləri olmayıb. O, ensiz sifətli badamı gözlü, ucaboylu bir adam olub. Yəni türklərin monqoloid irqinə aid olması ideyası reallığı əks etdirmir. Türk xalqlarının 80%-i monqoloid irqinə daxil deyil. Yalnız yakutlar və tuvalların bir hissəsi monqoloid irqinə daxildir. Qazaxlar, qırğızlar turan irqinə mənsubdur. Özbəklər ağ irqin fərqanə qoluna daxildir. Türkmənlər və azərbaycanlılar ağ irqin oğuz qrupuna mənsubdur. Türkiyədə yaşayan türklər ağ irqin ön asiya tipinə daxildir. Təkrar edirəm, qədim türklər monqoloid olmayıblar.
Avropa antropoloqu Stivin Kun "Avropada İrqlər" kitabında Göyçə gölü yaxınlığında tapılan 6 min il yaşı olan kəllənin onun "Turkoman" adlandırdığı Azərbaycan türklərinə aid olduğunu yazır. Daha ətraflı onun kitabından və hazırladığı xəritədən öyrənmək olar. Bu araşdırmalar da Azərbaycan xalqına "gəlmə" damğası vurmağın mənasız olduğunu göstərir.
Xəzər Albaniyası

