"Ulduz müharibələri" filminin məşhur qılıncı rekord qiymətə satıldı

Bu gün, 12:38           
"Ulduz müharibələri" filminin məşhur qılıncı rekord qiymətə satıldı
"Ulduz müharibələri" filminin çəkilişlərində istifadə olunmuş Lyuk Skayuokerin orijinal işıq qılıncı hərracda 3.75 milyon dollara satılıb.

"Hollywood Reporter" qəzeti xəbər verir ki, söhbət Lyuk Skayuokerin 1980-ci il istehsalı olan "Ulduz müharibələri: Epizod V - İmperiya cavab zərbəsi vurur" filmində Dart Veyderlə döyüşərkən istifadə etdiyi işıq qılıncından gedir.

Bu satış "Ulduz müharibələri" saqasının çəkilişlərində istifadə olunmuş rekvizitlər arasında yeni dünya rekordu müəyyənləşdirib.

Xatırladaq ki, əvvəlki rekord 1977-ci il istehsalı olan ilk filmdən qalma "X-wing" qırıcı təyyarəsinin orijinal modelinə məxsus idi. Həmin model 2023-cü ilin oktyabrında 3.135 milyon dollara satılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru