Gecə binadan mühafizəçinin qabağına düşən qadın meyiti – Əri alt paltarında şifonerdə gizlənib…

Bu gün, 12:52           
Gecə binadan mühafizəçinin qabağına düşən qadın meyiti –
2018-ci il, 10 dekabr. Gecə saat 02.35.

Paytaxt Bakının Rəşid Behbudov küçəsindəki səssizliyi dəhşətli bir səs pozur. “Atəşgah Sığorta” şirkətinin baş mütəxəssisi, iki uşaq anası Adelia Taxvelinin cansız bədəni yaşadığı binanın 5-ci mərtəbəsindən yerə çırpılır. Hadisə yerinə gələn polislər mənzilə daxil olarkən qan donduran bir mənzərə ilə qarşılaşırlar: “Buta Palace”ın art şöbə müdiri olan ər Ramiz Taxveli, azyaşlı qızlarını da götürərək paltar dolabının içində gizlənmişdi! Üstəlik, arvadını eyvandan özünün atdığını soyuqqanlıqla etiraf edir… Narkotik asılılığı, illərlə davam edən şiddət və uşaqların gözü qarşısında yaşanan dəhşətli son gecə… Bəs uşaqları ilə məcburi şəkildə vidalaşdırılıb ölümə buraxılan Adeliyanın qatili niyə cəza almadı? Təcridxanada baş verən hansı hadisə bu qanlı cinayət işinin gedişatını tamamilə dəyişdi və iş hansı səbəbdən arxivin qaranlıq rəflərinə gömüldü? TV11-in növbəti sənədli araşdırmasında Bakıda baş vermiş ən amansız qətllərdən birinin – Adelia Taxveli dosyesinin gizli qalan təfərrüatlarını təqdim edirik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru