ABŞ dünyanı heyrətə salan gəmisini ortaya çıxardı – Foto

11-12-2015, 18:34           
ABŞ dünyanı heyrətə salan gəmisini ortaya çıxardı – Foto
ABŞ-ın uzun müddətdir gizli saxlanılan “USS Zumvolt” döyüş gəmisi ilk dəfə görüntülənib.
Teleqraf.com xəbər verir ki, onun gözə çarpan ilk özəlliyi dizaynındakı fərqliliyidir. Gəminin ön hissəsi bıçaq formasında hazırlanıb.
İddialara görə, “USS Zumvolt” döyüş gəmisi eyni zamanda suyun altında da hərəkət edə bilir. Bununla bağlı ABŞ Donanmasından rəsmi açıqlama verilməyib. Bundan əlavə gəminin arxa hissəsində helikopterin enməsi üçün yer də var.
Başqa bir məlumatda isə “USS Zumvolt”in lazer silahı ilə təhciz olunduğu qeyd edilib.
180 metrlik uzunluğu olan gəmi SM-2 zenit raketlərinə, sahildəki hədəfləri vura biləcək “Tomahavk” raketlərinə, raket məhv edən ESSM sisteminə və sualtı qayıqları məhv etmək üçün “ASROC” torpedo sisteminə malikdir.
Gəmi 4 enerji turbinlə təchiz edilib. Bu sistem sayəsində ehtiyacı olan enerjini özü istehsal edə bilir. Gəmi 148 nəfərlik heyətlə xidmət göstərəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru