İran döyüşçülərini Suriyadan çəkir

12-12-2015, 11:00           

İranın böyük itkilər qarşısında Suriyaya göndərdiyi SEPAH döyüşçülərini bu ölkədən çıxarmağa başladığı bildirilir.

Ölkə.az xəbər verir ki, bu haqda Suriyadakı etibarlı mənbələr məlmat verib.

Məlumata görə, İranın Suriyadakı itkiləri Tehranda hakimiyyət daxilində də fikir ayrılığı yaradıb və İran rəhbərliyi öz silahlı birliklərini Suriyadan çıxarmaq qərarına gəlib.

Qeyd edək ki, İranın SEPAH korpusunun yüzlərlə döyüşçüsünün və 10-a yaxın generalının Suriyada öldürülməsi ölkədə ciddi narazılıq yaradıb. İranın müxalif dairələri ölkə daxilində mövcud hakimiyyətə qarşı təbliğat kampaniyasına başlayıblar. Bundan başqa İran ictimaiyyəti də ölkələrinin Suriyadakı daxili müharibədə iştirakına qarşıdır və övladlarının Bəşər Əsədə ölməsini istəmirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru