“Axmaq ərəb şahzadəsi…”

13-12-2015, 11:26           
“Axmaq ərəb şahzadəsi…”
"Donald Tramp ABŞ üçün utanc yeridir".

Bunu Səudiyyə Ərəbistanı şahzadəsi, milyarder əl-Valid bin Təlal öz Twitter səhifəsində paylaşıb. Onun sözlərinə görə, Tramp prezidentlik uğrunda yarışdan əl çəkməlidir.

Şahzadənin bu açıqlamasına Tramp tezliklə öz Twitter səhifəsi vasitəsilə cavab verib: "Axmaq şahzadə əl-Valid amerikalı siyasətçiləri özünün pulları ilə idarə etmək istəyir. Mən seçiləndə bunu edə bilməyəcək".

Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd olan Donald Tramp bundan öncə müsəlmanların ABŞ-a səfərinin qadağan edilməsini təklif edib (milli.az).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru