Suriyada daha bir iranlı general öldürülüb

14-12-2015, 08:14           
Suriyada daha bir iranlı general öldürülüb
İranın İslam İnqilabi Keşikçiləri Korpusunun daha bir generalı Suriyada öldürülüb.

APA-nın “Fars” agentliyinə istinadın verdiyi məlumata görə, “Fatamiyun” briqadasının komandirlərindən olan general Hüseyn Fədai Suriyada “Zülfüqar” psevdoadı altında xidmət edirmiş.

Qeyd edək ki, bu ilin oktyabrında Suriyada ən azı üç iranlı generalın öldürüldüyü barədə məlumat yayılmışdı. Bunlar Hüseyn Həmədani, Fərşada Hasunizadə və Həmid Muxtarbəndədir.

İranlı hərbçilər müxalifət və İŞİD-lə mübarizədə Əsəd ordusuna yardım göstərirlər.

İran Suriya prezidentini dəstəkləyən əsas müttəfiqlərdən biridir. Lakin Tehran Suriyada hərbi əməliyyatlarda iştirakını inkar edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru