Bunu bir meymunun dediyinə inanmaq olmur - VİDEO

14-12-2015, 08:29           
Bunu bir meymunun dediyinə inanmaq olmur - VİDEO
“Koko dünyanı və insanları sevir. Amma insanlar axmaqdır. Zaman tükənir tələsin və dünyanı xilas edin”

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bunu dünyanın ən məşhur qorillası olan Koko işarələrlə danışarkən deyib.

Koko 1971-ci ildə San-Fransiskoda zooparkda doğulub. Baxıcısı və ən yaxın dostu olan Francine "Penny" Patterson sayəsində zooparkda daha əvvəl olmayan ünsiyyət vasitəsi tətbiq olunub və Koko artıq işarələrlə insalarla ünsiyyət qura bilir. Kokonun mindən çox işarə bildiyi deyilir.

Koko, Paris İqlim Konfransı üçün çəkilən videoda da dünyaya mesaj göndərib:
"Mən çiçəyəm, heyvanam, təbiətəm. Koko insanları və dünyanı sevir. Amma insanlar axmaqdır. Koko kədərlidir, ağlayır. Zaman tükənir tələsin. Dünyanı qurtarın, qoruyun, təbiət sizi görür. Təşəkkürlər" qorilla bildirib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru