“Əsədlə Rusiya İŞİD-dən neft alır” - General

17-12-2015, 10:30           
“Əsədlə Rusiya İŞİD-dən neft alır” - General
Rusiya həm Bəşər Əsədlə, həm də İŞİD-lə birgə hərəkət edir.

Axar.az xəbər verir ki, bu barədə Azad Suriya Ordusunun (ASO) Baş Qərargah rəisi general Əhməd Xalid deyib.

O, Rusiya rəsmilərinin “İŞİD-lə mübarizə aparırıq” sözlərinə cavab verib:

“Suriyada dünyanın ən böyük ikinci qaz yatağının olduğu deyilir. Rusiyanın Suriyada öz maraqları var. Baş verən son hadisələr Əsəd rejiminin və Rusiyanın İŞİD-dən neft aldığını göstərir. Bir müddət öncə İŞİD terrorçuları ilə Rusiyanın əməliyyatlarını idarə edən komandirlər arasında səs yazıları ortaya çıxdı. Heç kim gəlib müttəfiqini vurmaz. Rusiya Əsəd rejimini daha güclü mövqeyə gətirmək istəyir. Moskva həm rejimlə, həm də İŞİD-lə birgə hərəkət edir. Rusiyanın Suriyada terrorla mübarizə məqsədi yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru